14:32 02-05-2020
news_image
152
FUTBOL

Yeni müqaviləyə "yox" dedi - "Barselona"nı arzulayır

"İnter"in hücumçusu Lautaro Martines gələcək karyerası ilə bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, Argentina millisinin üzvü çoxdandır onunla maraqlanan "Barselona"ya keçmək niyyətindədir.

"Neradzurra" onu saxlamağa çalışsa da, 22 yaşlı forvard rəhbərliyin yeni müqavilə təklifini rədd edib. Futbolçunun ilkin razılığını almağa çalışan kataloniyalılar qarşı tərəfə də müxtəlif variantlı təkliflər göndərir. Arturo Vidal, Juan Firpo, Nelson Semedo kimi oyunçular bu keçiddə istifadə oluna bilər.

Qeyd edək ki, "İnter"lə müqavilə müddətin 2023-cü ilin yayına qədər olan Lautaro Martinesin sərbəst qalma məbləği 111 milyon avrodur.