14:58 02-05-2020
news_image
72
DİGƏR NÖVLƏR

Avropa çempionatı təxirə salındı – Azərbaycan velosipedçiləri 2021-ci ili gözləyəcək

Azərbaycan velosipedçilərinin iştirakı ilə keçiriləcək şose üzrə Avropa çempionatı təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, İtaliyanın Trento şəhərində baş tutması planlaşdırılan yarışın keçirilməsinə koronavirus pandemiyası əngəl olub.

Bu səbəbdən 2020-ci ilin sentyabrında təşkil olunması nəzərdə tutulan turnir 2021-ci ilə keçirilib. Çempionatın sentyabrın ilk yarısında baş tutması planlaşdırılır.

Turnirin dəqiq tarixini Beynəlxalq Velosiped İttifaqı (USİ) müəyyənləşdirməlidir. Təşkilatçılar ittifaqa iki variant təklif edib. Bunlar çempionatın sentyabrın 1-5-də və 8-12-də keçirilməsi ilə bağlıdır.