19:37 02-05-2020
news_image
335
FUTBOL

Zidanın "qara siyahı"sındakı "5-lik"

"Real" mövsümün sonunda heyətində təmizləmə işləri aparacaq.

Apasport.az saytının məlumatına görə, "kral klubu" yollarını ayıracağı oyunçuları müəyyənləşdirməyə başlayıb.

Baş məşqçi Zinəddin Zidan gələn mövsüm planlarına daxil olmayan 5 oyunçunun adını rəhbərliyə təqdim edib. Bunlar yarımmüdafiəçilər Hames Rodriges, Brahim Dias, Reynier, hücumçular Qaret Beyl və Mariano Diasdır. Mövsümün sonunda Madrid təmsilçisi adıçəkilən oyunçuları transferə çıxaracaq.

Müdafiəçi Marselo və yarımmüdafiəçi Luka Modriç isə gələcək taleyi ilə bağlı qərarı özü verəcək. Müqavilə müddəti davam edən aparıcı oyunçular getmək istəsələr, rəhbərlik onlara mane olmayacaq.