22:55 02-05-2020
news_image
106
FUTBOL

"Cəza bir il olsaydı, qalmaq barədə düşünərdim" - De Bruyne

"Mən sadəcə gözləyirəm. Klub müraciət ediləcəyini bildirib".

Apasport.az saytının məlumatına görə, bunu "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne deyib.

Belçikalı ulduz futbolçu klubdakı gələcəyinin İdman Arbitraj Məhkəməsinin "Mançester Siti" haqda verəcəyi yekun qərardan asılı olacağını bildirib. O, avrokuboklardan kənarlaşdırılma ilə bağlı cəzanın azaldılmayacağı təqdirdə, ayrılacağını istisna etməyib: "Klubda haqlı olduqlarından 100 faiz əmindirlər. Nə baş verəcəyini görmək istəyirəm. Komandama güvənirəm. Bəyanatdan sonra gələcək barədə düşünəcəyəm. Avrokuboksuz iki mövsüm çoxdur. Əgər bir il olsaydı, qalmaq barədə düşünərdim. Hesab edirəm ki, Xosep Qvardiola müqaviləsini başa çatdıracaq. Ancaq qərarım ondan asılı olmayacaq. Son illər bir çox klub mənimlə maraqlanıb, lakin "Mançester Siti"də xoşbəxtəm. Dünyanın ən yaxşı komandalarından birindəyəm".

Qeyd edək ki, UEFA "Mançester Siti"yə 2 mövsümlük avrokuboklardan kənarlaşdırılma cəzası verib.