23:11 02-05-2020
news_image
79
FUTBOL

“Basketbol daha çox xoşuma gəlir, nəinki futbol” – baş nazir

Koronavirus pandemiyası üzündən dayandırılan futbol üzrə İspaniya çempionatı bərpa oluna bilər.

Apasport.az saytının məlumatına görə, bunu İspaniyanın baş naziri Pedro Sançes açıqlayıb.

O bildirib ki, yarışın yaxın müddətdə bərpasına ümid edir: “Basketbol daha çox xoşuma gəlir, nəinki futbol. Amma ümid edək ki, o, tezliklə qayıdacaq. Qərarları federasiyalar və liqalar verəcək. Biz artıq komanda idman növlərində fərdi məşqlərə icazə vermişik. Ən yaxşısına ümid edəcəyik. Amma qorxuram ki, biz əvvəl yarışları stadion deyil, televizordan izləyəcəyik. Peşəkar liqaların komandalarının fərqi məşqləri mayın 4-dən mümkün olacaq”.

Qeyd edək ki, “Böyük beşlik” liqalarından Fransa, həmçinin Niderland çempionatları bərpa olunmadan başa çatdırılıb, İngiltərə və Almaniya isə matçların baş tutacağına ümidini itirməyib.