23:21 02-05-2020
news_image
112
FUTBOL

“Yaz-payız” sisteminə keçilməsi mümkündür – FİFA

FİFA futbol mövsümünün sistemini dəyişmək variantını nəzərdən keçirə bilər.

Apasport.az saytının məlumatına görə, bunu qurumun vitse-prezidenti Viktor Montalyani açıqlayıb.

O bildirib ki, bəzi ölkələrin üstünlük verdiyi “yaz-payız” sisteminə keçilməsi istisna deyil: “Belə imkan var. Çünki Qətərdəki dünya çempionatı da noyabr-dekabr aylarında baş tutacaq. Bir sözlə, belə ideya realdır”.

Vitse-prezident bildirib ki, indi də mövsümü bir təqvim ilində keçirənlər var: “Amerikada artıq mövsüm bir ildə keçirilir. Bunu Avropa və Afrikada da tətbiq etmək olar. Bunu milli və qitə səviyyəsində müzakirə etməyə dəyər. Belə addım qarşıdakı iki il üçün həll yolu olardı”.

Qeyd edək ki, Azərbaycanda da ilk iki futbol mövsümü – 1992 və 1993-cü illərdə “yaz-payız” sistemi ilə keçirib, sonradan indiki “payız-yaz” sisteminə üstünlük verilib. Onadək isə təmsilçilərimiz daim SSRİ çempionatlarında mövsümə yazda başlayıb, payızda başa vurub.