00:00 03-05-2020
news_image
164
FUTBOL

4 təklif - "Mançester Yunayted"liyə

"Mançester Yunayted"in yarımmüdafiəçisi Cessi Linqard mövsümün sonunda komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı orta sahə oyunçusunun Premyer Liqada qalacağı, demək olar ki, dəqiqdir.

Çünki bu çempionatda çıxış edən 4 klub - "Nyukasl", "Everton", "Vest Hem" və "Lester" onu heyətinə cəlb etmək niyyətindədir. "Qırmızı şeytanlar" müqavilə müddəti gələn ilin yayına qədər olan İngiltərə millisinin üzvünün sözləşməsini daha bir il uzatmaq hüququna malikdir. Ancaq gedəcəyi təqdirdə "mankunianlar"a minimum 17,5 milyon avro qazandıra bilər. Dortmund "Borussiya"sından Ceydon Sançonu almaq istəyən Mançester klubu Linqardı satmağın əleyhinə deyil.

Qeyd edək ki, Cessi Linqard bu mövsüm 35 oyunda 2 qola imza atıb, 2 məhsuldar ötürmə verib.