00:09 03-05-2020
news_image
141
FUTBOL

Yeni müqavilədə razılaşmadı - "Liverpul"la

"Liverpul"un yarımmüdafiəçisi Corcino Veynaldum komandanı tərk edə bilər.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu hələ də "qırmızılar"la yeni müqavilə bağlamayıb.

Niderland millisinin orta sahə oyunçusunun rəhbərliklə yeni müqavilə məsələsində danışığı müsbət nəticələnməyib. Bu üzdən Premyer Liqa təmsilçisi 30 yaşlı futbolçunu satmağın əleyhinə deyil. Əks təqdirdə, Veynaldum gələn mövsüm klubu havayı tərk edəcək. Çünki onun sözləşmə müddəti 2021-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Corcino Veynaldumun xidmətində ən çox maraqlı olan klub "İnter"dir.