01:26 03-05-2020
news_image
183
FUTBOL

100 milyonluq müqavilə - Strlinqlə

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Rahim Sterlinq Almaniyanın idman malları istehsalçısı “Puma” ilə müqavilə imzalamağa yaxındır.

Apasport.az saytının məlumatına görə, “Nayk”la anlaşmanı uzatmayacağı gözlənilən futbolçu yeni sponsor razılaşmasından 10 ilə 100 milyon funt sterlinq qazanacaq.

Bununla da Sterlinq Almaniya şirkətinin qlobal marketinq strategiyasının siması və ən yüksəködənişli futbolçusu olacaq. “Puma”nın “Mançester Siti” ilə də 10 illik müqaviləsi var ki, buna əsasən klub 650 milyon funt sterlinq əldə edir.

Qeyd edək ki, Almaniya şirkəti Pep Qvardiola, Serxio Aquero, David Silva və Aleksandr Zinçenko ilə də fərdi müqaviləyə malikdir.