09:28 03-05-2020
news_image
102
FUTBOL

"Danışığı dondurduq" - ter Ştegen

"Barselona"nın qapıçısı Mark-Andre ter Ştegen "Barselona" ilə yeni müqavilə imzalamağa tələsmir.

Apasport.az saytının məlumatına görə, bu barədə Almaniya millisinin üzvü bildirib.

O deyib ki, koronavirusla bağlı yaranmış vəziyyət düzəldikdən sonra yenidən bu məsələyə baxılacaq: "İlkin danışıqlarımız oldu, amma dedim ki, əvvəlcə hər şeyi düşünməliyik. Daha vacib məsələlər var, bu üzdən danışıqları dondurduq, sonraya təxirə saldıq. Hazırda heç bir görüş olmur".

Qeyd edək ki, ter Ştegenin "Barselona" ilə müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.