12:22 03-05-2020
news_image
93
FUTBOL

“Köln”də yoluxanlara görə təxirə düşməyəcək - Bundesliqanın bərpası

Almaniyanın “Köln” klubunda koronavirusa yoluxan futbolçuların aşkarlanması Bundesliqanın bərpasına təsir etməyəcək.

Apasport.az saytının məlumatına görə, bunu xarici mətbuata açıqlamasında Bundesliqanın nümayəndəsi açıqlayıb.

Adı açıqlanmayan mənbə bildirib ki, üç futbolçunun yoluxmasına baxmayaraq, oyunların mayın 15-də bərpa olunacağı planlaşdırılır: “Bu halları aşkarlamaq bizə kimin sağlam, kimin isə olmamasını müəyyənləşdirməyə kömək edir. Bunu müsbət qarşılayırıq və çempionatın mayın ortalarındakı bərpasına ümidlərdən əl çəkmirik. Heç bir şübhəmiz yoxdur. “Köln”də yoluxanlar müəyyənləşib və izolyasiya olunub. Artıq necə gündür testlər keçiririk. Bəzi oyunçularda müsbət nəticənin olması təbiidir. Çünki çoxlarında xəstəlik simptomsuz keçir. Hamının sağlam olduğunu biləndə yenidən oynamağa başlayacağıq”.