12:31 03-05-2020
news_image
260
FUTBOL

Essyen peşmandır - ayrılmağına

Maykl Essyen "Səbail"ə gəlməzdən əvvəl "Persib Bandunq" klubundan ayrılmağına peşmandır.

Apasport.az saytının məlumatına görə, bunu İndoneziya klubunun rəsmisi Umux Muxtar deyib.

O bildirib ki, qanalı yarımmüdafiəçi "Persib Bandunq"da yaxşı pul qazanırdı: "Essyenin burdan gedişi baş məşqçi ilə onun öz işi idi. Müqaviləsi var idi, yüksək maaş alırdı. "Persib Bandunq"dan ayrılmağına peşman oldu".

Qeyd edək ki, Maykl Essyen ötən ilin martından "Səbail"də çıxış edir.