12:51 03-05-2020
news_image
109
FUTBOL

Başqa ölkədə keçirilə bilər - Premyer Liqa oyunları

Koronavirus pandemiyası ilə əlaqədar dayandırılan İngiltərə Premyer Liqasının qalan oyunları ölkə xaricində keçirilə bilər.

Apasport.az saytının məlumatına görə, matçların Avstriyalıda baş tutması təklif edilib.

Pert şəhərində klubların istifadə edə biləcəyi 4 böyük stadion var ki, Premyer Liqa rəhbərliyinə həmin arenalar təklif olunub. İngilislər oyunları ölkə xaricində bir şəhərdə keçirmək variantını da nəzərdən keçirir.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının qarşılaşmaları XXIX turdan sonra dayandırılıb.