13:44 03-05-2020
news_image
470
FUTBOL

Balayev, yoxsa Cənnətov? - Bakı klubunun variantları

"Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov mövsümün sonunda komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı qolkiper artıq bir klubun maraq dairəsindədir.

"Zirə" "kimyaçılar"ın "1 nömrə"sinin xidmətində maraqlıdır. Ancaq qəsəbə təmsilçisi Cənnətovla danışıq aparmağa tələsmir. Çünki rəhbərliyin əsas məqsədi Emil Balayevi komandada saxlamaqdır. Əgər Balayev ölkə xaricində özünə klub tapmasa, "Zirə" ilə müqavilə müddətini yeniləyə bilər. Əks təqdirdə, bakılılar alternativ variant kimi Cənnətova təklif göndərəcəklər.

"Sumqayıt"dakı çıxışı ilə milli komandaya qədər yüksələn qolkiperi hazırkı komandası da saxlamaq niyyətindədir. "Gənclik şəhəri" təmsilçisi bu barədə onun özünü məlumatlandırıb. Lakin rəsmi danışıq koronavirus pandemiyası ilə əlaqədar dayandırılan Premyer Liqanın bərpasından sonra aparılacaq.

Qeyd edək ki, 2017-ci ildən "Sumqayıt"da çıxış edən Mehdi Cənnətovun müqavilə müddəti mövsümün sonuna qədərdir.