14:04 03-05-2020
news_image
142
FUTBOL

Premyer Liqa yolunda - Rakitiç

"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç komandasını dəyişməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, Xorvatiya millisinin üzvü daha bir klubun diqqət mərkəzinə düşüb.

Bildirilir ki, "Tottenhem" 32 yaşlı orta sahə oyunçusunu heyətinə qatmaqda maraqlıdır. Hətta futbolçunun London klubuna keçməyə çox yaxın olduğu da vurğulanıb. Çünki onunla maraqlanan digər klublardan "Sevilya" tələb olunan məbləği ödəmək iqtidarında deyil, "Yuventus" yaşına görə qərarsızdır, "Atletiko" isə uzunmüddətli müqavilə bağlamaq istəmir.

Bu səbəbdən Rakitiçin mövsümün sonunda "Tottenhem"ə transfer olunması gözlənilir. Həmçinin "Barselona" da oyunçusunu satmaq fikrindədir.