14:25 03-05-2020
news_image
167
FUTBOL

“Fənərbaxça”ya daha bir namizəd – Rebrov

Türkiyənin “Fənərbaxça” klubunun baş məşqçi postuna daha bir namizədin adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisini ukraynalı Sergey Rebrov çalışdıra bilər.

Hazırda Macarıstanın “Ferensvaroş” klubunun baş məşqçisi olan mütəxəssis türkiyəlilərin maraq dairəsinə düşüb. Klub prezidenti Ali Koç agentlərə Rebrovun namizədliyini araşdırmağı tapşırıb.

Qeyd edək ki, Rebrov 2002-04-cü illərdə futbolçu kimi “Fənərbaxça”nın formasını geyinib. Həmin vaxt İngiltərə “Tottenhem”inə məxsus hücumçu İstanbulda icarə əsasında oynayıb. 45 yaşlı mütəxəssis 2018-ci ildən “Ferensvaroş”a rəhbərlik edir.