15:02 03-05-2020
news_image
149
FUTBOL

4-cü nəhəng müştəri - Kulibaliyə

"Napoli"nin müdafiəçisi Kalidu Kulibali təkliflər almaqda davam edir.

Apasport.az saytının məlumatına görə, daha bir klub Seneqal millisinin üzvü üçün neapollulara müraciət edib.

"Mançester Yunayted", "Real" və PSJ-dən sonra indi də "Liverpul" 28 yaşlı mərkəz müdafiəçisini heyətinə qatmaq niyyətindədir. "Qırmızılar" bu keçid müqabilində qarşı tərədə müdafiəçisi Deyan Lovren və pul təklif edib. İtalyanlar isə aparıcı oyunçusunu 100 milyon avrodan ucuz qiymətə satmaq istəmirlər.

Qeyd edək ki, Kalidu Kulibali bu mövsüm A seriyasında 15 matçda iştirak edib.