00:00 04-05-2020
news_image
195
FUTBOL

“Çelsi”nin futbolçusunu transfer edəcək - “Sevilya”

İspaniyanın “Sevilya” klubu Temue Bakayokonu transfer etmək istəyir.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi müqavilə ilə İngiltərə “Çelsi”sinə məxsus olan yarımmüdafiəçini bu yay heyətində qatmaqda maraqlıdır.

Koronavirus pandemiyası üzündən yarımçıq başa çatan son mövsümü Fransada keçirən Bakayoko icarə əsasında “Monako”nun formasını geyinib. Yarımmüdafiəçinin “Çelsi” ilə müqaviləsində transfer qiyməti 42 milyon avrodur.

“Sevilya” isə onu daha ucuz qiymətə əldə etmək niyyətindədir. İspaniyalılar 25-30 milyon avro xərcləməyə hazırdır.