10:15 04-05-2020
news_image
126
FUTBOL

Dünyanın ən yaxşı loqoları - SİYAHI

“Marca” nəşri dünyanın ən yaxşı klub loqosunu müəyyənləşdirmək üçün sorğu keçirib.

Apasport.az saytının məlumatına görə, səsvermənin nəticəsi gözlənilməz olub.

Qalib 3,1 milyon səs toplayan Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Əhli” olub. Respondentlərin 3 milyon səsini toplayan Mərakeş klubu “Raca Kasablanka” ikinci yeri tutub. İlk “üçlüy”də Braziliya “Fluminense”si qərarlaşıb.

Türkiyənin iki klubu “Fənərbaxça” və “Beşiktaş” dünyanın ən yaxşı loqoları siyahısında ilk “10-luğ”a düşüb. “Qalatasaray” isə 14-cü pillədə yer alıb.

İlk “10-luq”:
1. “Əl-Əhli” (Səudiyyə Ərəbistanı) – 3,1 milyon səs
2. “Raca Kasablanka” (Mərakeş) - 3,0 milyon
3. “Fluminense” (Braziliya) – 169 min 100
4. “Real” (İspaniya) – 134 min 100
5. “Fənərbaxça” (Türkiyə) – 76 min 400
6. “Liverpul” (İngiltərə) – 75 min 800
7. “Barselona” (İspaniya) – 74 min 900
8. “Kolo-Kolo” (Çili) – 66 min 800
9. MOİK (Rusiya) – 42 min 800
10. “Beşiktaş” (Türkiyə) – 34 min 400

Qeyd edək ki, ümumilikdə 14 milyon adam səsvermədə iştirak edib.