11:00 04-05-2020
news_image
84
FUTBOL

“Renn”in futbolçusuna elçi düşdü - “Real”

İspaniyanın “Real” klubunun heyətinə qatmaq istədiyi daha bir futbolçunun adı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi Fransa “Renn”ində çıxış edən Eduardo Kamavinqini heyətinə qatmaq istəyir.

İspaniyalılar 17 yaşlı yarımmüdafiəçini bu yay transfer etmək istəyir. “Kral klubu” artıq fransalı futbolçunun əhatəsi ilə danışıqlara başlayıb.

Çünki böyük kluba keçmək iddiasında olan Eduardonun yaxınları onu tələsməməyi tövsiyə edir. Bu da “Real”ın planlarına ziddir.

Qeyd edək ki, futbolçunun “Renn”lə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. Fransa təmsilçisi onun satışından 60 milyon avro qazanmaq istəyir. Onu heyətində görmək istəyən klubların siyahısında İtaliya “Yuventus”u da var.