13:36 04-05-2020
news_image
155
FUTBOL

Argentinaya qayıdır - İquain

“Yuventus”un hücumçusu Qonsalo İquain komandanı tərk edəcək.

Apasport.az saytının məlumatına görə, Turin klubu 33 yaşlı forvardla mövsümün sonunda yollarını ayırmağa hazırlaşır.

Argentina millisinin üzvünün “River Pleyt”ə qayıtmaq ehtimalı yüksək qiymətləndirilir. “Yuve” də onun qarşılığında “River Pleyt”dən yarımmüdafiəçi Julian Alvaresi istəyib. Klublar razılığa gəlsələr, bu dəyişiklik baş tutacaq. İquain özü də anasının səhhətində yaranan problemə görə vətənə qayıtmaq arzusundadır.

Qeyd edək ki, “River Pleyt”in yetirməsi olan Qonsalo İquain 2007-ci ildə həmin klubdan “Real”a keçib.