15:06 04-05-2020
news_image
571
FUTBOL

“O özü bizə lazım deyil” – Füzuli Məmmədov

“Bir neçə futbolçumuzun müqavilə müddəti yayda bitir”.

Bunu apasport.az saytına “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov deyib.

Gənc çalışdırıcı sözləşmə müddəti mayın sonuna qədər olan futbolçuların mövsüm bitməmiş komandanı tərk edəcəklərini düşünmür. Məmmədov bu fikirdə olan istənilən oyunçunu saxlamağa çalışmayacaqlarını vurğulayıb: “İnanmıram ki, hansısa oyunçu müqaviləsi bitdikdən sonra qalmaqdan imtina etsin, "oynamıram" deyib, getsin. Bu cür düşünən olsa, deməli, o özü bizə lazım deyil. İstəməyən futbolçunu zorla saxlamayacağıq. Sözləşməsi bitəcək oyunçularla danışıqlar olacaq. Məncə, hamısı mövsümün sonuna qədər oynamaq istəyəcək”.

Qeyd edək ki, “Neftçi”nin 7 futbolçusunun müqavilə müddəti yaya qədərdir.