15:24 04-05-2020
news_image
102
FUTBOL

Aleksis Sançesə Çilidən dəvət

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Aleksis Sançes karyerasını vətəni Çilidə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, vingerin xidmətində “Universidad de Çili” klubu maraqlıdır.

Bunu klubun prezidenti Luis Navarette açıqlayıb: “Mən Aleksislə danışmışam. O, karyerasını “Universidad de Çili”də bitirmək istəyir. İqtisadi durumumuz sevindirici deyil. Hər şey Sançesin özündən, onun daha çox qazanmaqdan imtinasından asılı olacaq”.

Qeyd edək ki, “Mançester Yunayted”lə müqaviləsi 2022-ci ilədək olan Aleksis icarə əsasında İtaliya “İnter” klubunda oynayır. Milan təmsilçisi onun transfer hüququna yiyələnmək istəmədiyindən futbolçu bu yay Mançesterə qayıdacaq. Onunla digər İtaliya klubu “Roma” da maraqlanır.