15:42 04-05-2020
news_image
220
FUTBOL

Kapitana və qapıçıya yeni müqavilə təklifi – “Keşlə”dən

Koronavirus pandemiyası səbəbindən dayandırılan Azərbaycan Premyer Liqasında 3-cü pillədə qərarlaşan “Keşlə” gələn mövsümün heyətini formalaşdırmağa başlayıb.

Apasport.az saytının məlumatına görə, Bakı klubu kapitanı Slavik Alxasov və əsas qapıçısı Stanislav Namaşko ilə bağlı qərarını verib.

Baş məşqçi Tərlan Əhmədov hər iki aparıcı oyunçunun qalmasının tərəfdarıdır. Təcrübəli mütəxəssis onların gələn mövsümlə bağlı planlarına daxil olduğunu rəhbərliyə bildirib. “Keşlə” həm 34 yaşlı moldovalı qolkiperin, həm də 27 yaşlı cinah müdafiəçisinin müqavilə müddətini daha bir il uzatmaq hüququna malikdir.

Həmçinin adıçəkilən oyunçular da komandada qalmaq fikrindədirlər. Bu səbəbdən onların sözləşməsini uzatmaq rəhbərlik üçün problem olmayacaq.

Qeyd edək ki, Slavik Alxasov 2016-cı ildən “Keşlə”nin formasını geyinirsə, Stanislav Namaşko ötən ilin yayında bu kluba keçib.