16:11 04-05-2020
news_image
151
DİGƏR NÖVLƏR

Azərbaycan millisinin qatılacağı Avropa çempionatı yenidən təxirə salınır

Avropa Üzgüçülük Liqası (LEN) su idman növləri üzrə qitə çempionatını yenidən təxirə salmağı planlaşdırır.

Apasport.az saytının məlumatına görə, bunu Ümumdünya Üzgüçülük Federasiyasının prezidenti Vladimir Salnikov açıqlayıb.

O bildirib ki, Macarıstanın paytaxtı Budapeştdə təşkil olunması nəzərdə tutulan yarış koronavirus pandemiyası üzündən başqa vaxta keçiriləcək. Öncədən mayın 11-24-də baş tutmalı olan çempionat avqustun 17-30-na planlaşdırılsa da, təşkil edilməsi bu tarixdə də mümkün olmayacaq.

Qeyd edək ki, Avropa çempionatına Azərbaycan yığması da qatılmalıdır.