17:10 04-05-2020
news_image
178
FUTBOL

Kubokun finalçıları razılığa gəldi – oyun azarkeşlərlə keçirilsin

İspaniyanın “Atletik” və “Real Sosyedad” klubları ölkə kubokunun final oyununun keçirilməsi barədə razılıq əldə edib.

Apasport.az saytının məlumatına görə, bu, Bilbao təmsilçisinin yaydığı rəsmi bəyanatda əksini tapıb.

Bildirilir ki, klub prezidentləri İspaniya Kral Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb. Kubokun final matçı ilə bağlı müzakirələrin getdiyi görüşdə qarşılaşmanın azarkeşlərlə keçirilməsi mümkün olduğu vaxtda təşkil olunması barədə razılıq əldə edilib: “Hər iki klub istəyir ki, bu oyunu azarkeşlərinin yanında keçirsin. Bu, ən böyük istəyimizdir”.

Klublar federasiyadan oyunun keçirilmə vaxtından asılı olmayaraq mükafatın rəsmən tanınması ilə bağlı təminat da tələb edib.