00:00 05-05-2020
news_image
320
DİGƏR NÖVLƏR

“Zolaqlı” oldu - dördqat Olimpiya çempionu

Dördqat Olimpiya çempionu Simona Baylz koronavirus pandemiyası üzündən yarışların keçirilmədiyi vaxtda da diqqət mərkəzinə düşüb.

Apasport.az saytının məlumatına görə, ABŞ-ın idman gimnastı “instaqram” hesabındakı paylaşımı ilə pərəstişkarlarının ağlını başından alıb.

Paylaşımdakı fotoda dayaz hovuzun kənarında günəş vannası qəbul etdiyi Baylz pələngi xatırladan zolaqlı çimərlik geyimində yer alıb. Günəş şüaları parlaq karyeraya malik idmançıya parıltılı obraz verib.

Qeyd edək ki, 23 yaşlı Baylz 19 dəfə dünya çempionu olmaqla gimnastika tarixinin mütləq rekordçusudur. Bunlardan beşi şəxsi çoxnövçülükdə, digərləri ayrı-ayrı hərəkətlərdə qazanılıb.