22:38 04-05-2020
news_image
118
FUTBOL

Karantini pozan futbolçu Madridə qayıtdı

"Real"ın hücumçusu Luka Yoviç Serbiyanı tərk edib.

Apasport.az saytının məlumatına görə, bir müddət əvvəl koronavirus pandemiyası ilə əlaqədar yaranmış karantin qaydalarını pozaraq Belqrada yollanan 22 yaşlı forvard yenidən Madridə qayıdıb.

Yoviç bu gün İspaniyanın paytaxtına şəxsi təyyarə ilə dönüb. O, Madriddə təcrid vəziyyətdə qalmalı olacaq. Yalnız "kral klubu" məşqləri bərpa etdikdən sonra kollektivə qoşula biləcək.

Qeyd edək ki, Luka Yoviç Belqrada icazəsiz getdiyi üçün ölkəsində cinayət işi açılmış, hətta ölkə prezident tərəfindən tənqid edilmişdi.