22:52 04-05-2020
news_image
191
FUTBOL

Premyer Liqa 10 stadionda

Koronavirus pandemiyası üzündən dayandırılan İngiltərə Premyer Liqasının davam etdirilməsi variantlarından biri də məlum olub.

Apasport.az saytının məlumatına görə, çempionat bərpa olunduqdan sonra bütün matçların neytral meydanlarda keçirilməsi də nəzərdən keçirilir.

Bunun üçün 10 stadion seçilib. Əsasən milli komanda və kubokların həlledici görüşlərini qəbul edən “Uembli” də bu arenalar sırasındadır.

Dünyanın ən yaxşı stadionları sırasında yer alan bu idman qurğusunun üstünlüyü yaxında otellərin çox olmasıdır. İndiki durumda komandaların stadionla məsafəsi də minimuma endirilməlidir.

Qeyd edək ki, Premyer Liqanın iyunun 8-də bərpası planlaşdırılır. Lakin bu tarixin 12-dək uzanması da istisna edilmir.