23:39 04-05-2020
news_image
128
FUTBOL

“Liverpul”dan getmir – belçikalı hücumçu

İngiltərənin “Liverpul” klubunun futbolçusu Divok Oriqi komandada qalmağa qərar verib.

Apasport.az saytının məlumatına görə, belçikalı hücumçu Yurgen Kloppun komandasındakı durumundan razıdır və yayda klubunu dəyişməyi planlaşdırmır.

O, koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümündə şans qazandığı 22 matçda 3 qol vurub. Forvardın hesabında üç məhsuldar ötürmə də var.

Qeyd edək ki, Oriqinin müqaviləsi 2024-cü ilin yayında başa çatır.