10:05 05-05-2020
news_image
428
DİGƏR NÖVLƏR

V İslam Həmrəyliyi Oyunları təxirə salındı

V İslam Həmrəyliyi Oyunları koronavirus pandemiyası ilə əlaqədar təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, bu barədə İslam Həmrəyliyi İdman Federasiyasının Direktorlar Şurası bildirib.

2021-ci ilin avqust ayında Türkiyənin Konya şəhərində baş tutmalı olan yarış bir il sonraya keçirilib. Qurum beynəlxalq öhdəlikləri nəzərə alaraq bu qərara gəlib. Buna Tokio 2020 Yay Olimpiya Oyunlarının bir il sonraya təxirə salınması da səbəb olub.

İslam Həmrəyliyi İdman Federasiyasının rəhbəri şahzadə Əbdüləziz bin Turki əl-Faysalın İdarə Heyətinin üzvləri ilə keçirdiyi videogörüş zamanı turnirin 2022-ci ildə keçirilməsi qərara alınıb. Yarışın dəqiq tarixi isə gələn ilin idman təqviminə əsasən müəyyənləşəcək. 

Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları ölkəmizdə keçirilib.