10:49 05-05-2020
news_image
84
FUTBOL

Premyer Liqanın bərpasını istəmir – klub həkimləri

İngiltərə Premyer Liqasının bərpasının müzakirə edilməsi klubların həkimlərini narahat edir.

Apasport.az saytının məlumatına görə, tibb işçiləri koronavirus pandemiyası ilə əlaqədar təhlükənin böyüməsindən qorxurlar.

Bu üzdən onlar futbolçulara oynamaq icazəsi verməklə bağlı məsuliyyətdən qaçırlar. Premyer Liqa rəhbərliyi tibbi protokolların necə tərtib ediləcəyinin, həmçinin testlərin nə zaman götürüləcəyinin dəqiqləşdirilməsini istəyib. Həkimlərin narahatlığını nəzərə alan klublar sığorta şirkətləri ilə danışıq aparırlar.

Qeyd edək ki, Premyer Liqa rəhbərliyi XXIX turda dayandırılan çempionat matçlarının iyun ayından davam etdirilməsini planlaşdırır.