13:08 05-05-2020
news_image
138
FUTBOL

“Bavariya”da yeni anlaşma – ispan futbolçu ilə

Almaniyanın “Bavariya” klubu futbolçusu Tiaqo Alkantara ilə müqaviləni uzatmaq barədə razılıq əldə edib.

Apasport.az saytının məlumatına görə, 29 yaşlı ispaniyalı ilə yeni anlaşma bu həftə rəsmən açıqlanacaq.

Alkantaranın indiki müqaviləsi 2021-ci ilin yayında başa çatacaq. “Bavariya” bundan öncə Tomas Müller və Alfonso Devislə müqaviləni uzadıb.

Qeyd edək ki, Tiaqo cari mövsüm Bundesliqada 22 oyunda 3 qol vurub.