13:50 05-05-2020
news_image
290
FUTBOL

Bərpa tarixi bilindi - Bundesliqanın

Almaniya Bundesliqasında koronavirus pandemiyası ilə əlaqədar dayandırılan mövsümün bərpa olunması tarixi müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilir ki, Bundesliqada oyunların mayın 15-dən bərpa edilməsi qərara alınıb. Almaniya hökumətinin bunu sabah açıqlaması gözlənilir. Qərara asasən, mövsümün qalan oyunları azarkeşsiz keçiriləcək.

Qeyd edək ki, Almaniya Bundesliqası XXV turdan sonra dayandırılıb.