14:16 05-05-2020
news_image
122
FUTBOL

“Futbolçular oynamaq istəmir” – Super Liqa klubunun prezidenti

“Test nəticəsi müsbət çıxan futbolçumuz dünən kollektivlə bir yerdə idi, hətta klub rəsmilərindən ikisi ilə yaxın dayanmışdı”.

Apasport.az saytının məlumatına görə, bunu “Ankaragücü”nün prezidenti Fatih Mərt deyib.

Seneqallı futbolçuları Rikardo Fatidə koronavirus infeksiyası aşkarlanmasına münasibət Super Liqa klubunun rəhbəri bu hadisədən sonra oyunlara çıxmaq istəmədiklərini söyləyib: “Hamımız testdən keçdik, nəticəni gözləyirik. Futbolçularımız narahatlıq keçirirlər, oynamaq istəmirlər. Bu narahatlıq bütün klublarda var. Klublardakı testlərin nəticəsi ürəkaçan çıxmaya bilər. Böyüklərimizin hər qərarına hörmətlə yanaşacağıq. Ancaq indiki vəziyyətdə yoluxma və ölüm saylarını nəzərə almalarını istəyirik”.

Qeyd edək ki, Türkiyə Super Liqasının taleyi ilə bağlı bu gün Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdəmirlə səhiyyə naziri Fahrettin Koca arasında görüş keçiriləcək.