14:27 05-05-2020
news_image
176
FUTBOL

Oyunların 90 dəqiqədən az olması nəzərdən keçirilir - İngiltərədə

İngiltərə Premyer Liqasında oyunların vaxtı dəyişdirilə bilər.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə Peşəkar Futbolçular Assosiasiyasının rəhbəri (PFA) Qordon Teylor açıqlayıb.

O bildirib ki, koronavirus pandemiyası üzündən dayandırılan 2019/20 mövsümünün bərpası zamanı tətbiq olunacaq yeniliklər müzakirə edilir. Bu variantlardan biri 2019/20 mövsümündə oyunların 90 dəqiqədən az olması ilə bağlıdır: “Biz gələcəyin necə olacağını deyə bilmərik. Amma müxtəlif ideyaları - əvəzetmələrin çox olmasını, hər hissənin 45 dəqiqədən az təşkil etməsini, neytral meydanları nəzərdən keçirə bilərik. İdealda yarışların düzgünlüyünü qorumaq lazımdır. Bu na görə də biz ev və səfər matçlarının vacibliyindən danışırıq. Bundan başqa komandaların heyəti yarış dayanmazdan öncəki kimi olmalıdır. Üzərində işləyə biləcəyimiz çox məqamlar var. Lakin ilk növbədə əmin olmalıyıq ki, mövsümü başa çatdıra və bunu təhlükəsiz vəziyyətdə edə bilərik”.

Qeyd edək ki, İngiltərə Premyer Liqasının oyunlarının iyunun 8-də bərpa olunması planlaşdırılır.