15:18 05-05-2020
news_image
88
FUTBOL

Yeni müqaviləyə razılıq verdi - Mbappe

PSJ-nin hücumçusu Kilian Mbappe klubla yeni müqavilə bağlamağa razılıq verib.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu ilə rəhbərlik arasında danışıqlar uğurlu keçir.

Tərəflər əsas şərtlərdə artıq ortaq məxrəcə gəliblər. Mbappe yeni sazişdən sonra Neymarla birlikdə komandada ən çox maaş alan oyunçu olacaq. İndi yalnız sözləşmədə qeyd olunacaq təzminat miqdarını razılaşdırmaq qalıb.

Qeyd edək ki, 22 yaşlı forvardın PSJ ilə hazırkı müqavilə müddəti 2022-ci ilin yayına qədərdir.