15:56 05-05-2020
news_image
3074
FUTBOL

3 futbolçuya yeni müqavilə təklifi - “Qarabağ”dan

Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” gələn mövsümün planlarını qurmaqda davam edir.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Qurban Qurbanov daha 3 futbolçu ilə bağlı qərarını verib.

Təcrübəli mütəxəssis uzun müddətdir komandanın şərəfini qoruyan müdafiəçilər Bədavi Hüseynov, Maksim Medvedev və hücumçu Mahir Emrelinin qalmasını istəyib. Məhz çalışdırıcının tələbindən sonra klub rəhbərliyi adıçəkilən oyunçularla təmas qurub. Hər 3 oyunçu yeni sazişə müsbət yanaşır.

Ağdamlıların Bədavi və Maksimlə bağlı hər hansı bir narahatlığı yoxdur. Gələn mövsümdən əsas kapitan funksiyasını yerinə yetirəcək Medvedev və vitse-kapitanlardan olacaq Hüseynovun yeni sözləşmə bağlayacaqlarını indidən demək olar. Emrelinin qərarı isə ölkə xaricindən gələcək təkliflərdən asılı olacaq. Hücumçu daha iddialı klubdan dəvət almasa, “Qarabağ”dakı çıxışını davam etdirəcək.
 
Qeyd edək ki, “Qarabağ” müqavilə müddəti mövsümün sonuna qədər olan digər oyunçulardan Vaqner da Silva, Araz Abdullayev və Ailton Silva ilə yollarını ayırmağa hazırlaşır.