16:17 05-05-2020
news_image
74
FUTBOL

"Qalatasaray"ın prezidenti əməliyyat olunacaq

“Qalatasaray”ın prezidenti Mustafa Cengiz əməliyyat olunacaq.

Apasport.az saytının məlumatına görə, bu barədə klubdan bildirilib.

Sosial şəbəkə vasitəsilə edilən paylaşımda bir neçə gün əvvəl halsızlıq və yorğunluq səbəbindən xəstəxanaya yerləşdirilən Cengizin səhhətinin normal olduğu yazılıb. Lakin klub rəhbəri bir neçə əməliyyat keçirəcək: “Prezidentimiz Mustafa Cengizin sağlamlıq problemləri səbəbindən aparılan müayinələrdən sonra bir sıra əməliyyat öhdəlikləri ortaya çıxıb”.

Qeyd edək ki, Mustafa Cengiz 2018-ci ilin yanvarından "Qalatasaray"a prezidentlik edir.