22:13 05-05-2020
news_image
81
FUTBOL

“Komandaları bazalarda saxlayın” – Kapello

Tanınmış italiyalı məşqçi Fabio Kapello A seriyasının başa çatdırılması yolunu təklif edib.

Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis koronavirus pandemiyası üzündən dayandırılan yarışı yekunlaşdırmaq üçün futbolçuları bazalara toplamağı məqsədəuyğun sayır.

O, A seriyasının son qarşılaşmalarını dünya çempionatında olduğu kimi keçirməyi düzgün hesab edir: “Biz bu barədə fikirləşərkən dünya çempionatı kimi düşünməliyik. Buna görə də bütün komandaları 40 gün bazalarda saxlamaq lazımdır ki, mövsümü başa çatdıraq. Komandalara hər oyunda 4-5 əvəzetmə hüququ verilməsinin tərəfdarıyam. Xüsusilə də əgər onlar üç gündən bir oynayacaqsa. Hərçənd bu təklifin rədd edildiyini də eşitmişəm”.