23:14 05-05-2020
news_image
96
FUTBOL

“Real”a 25 milyonluq təklif - Madrid klubundan

İspaniyanın “Atletiko” klubu kolumbiyalı Xames Rodrigesi heyətinə qatmaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Madrid təmsilçisi şəhərin digər klubu “Real”a məxsus olan yarımmüdafiəçi ilə bağlı danışıqlara başlayıb.

Kolumbiyalının agenti Jorje Mendeşlə əlaqə saxlayan “Atletiko” transfer uçub 25 milyon avro təklif edib. 28 yaşlı cənubi amerikalı da keçidin əleyhinə deyil.

Amma futbolçunun daha bir il “Kral klubu”nda qalıb, 2021-ci ilin yayında müqaviləsi başa çatdıqdan sonra azad agent kimi komandasını dəyişməsi də istisna deyil. Hərçənd “Real” rəhbərliyi futbolçu ilə müqaviləni uzada biləcəyinə ümid edir.