23:54 05-05-2020
news_image
228
FUTBOL

“Atletiko”nu istəmir - "Arsenal"ın hücumçusu

"Arsenal"ın hücumçusu Aleksandr Lyakazett komandasını dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, bir neçə nəhəng klub ulduz futbolçunun transferində maraqlıdır.

Fransa millisinin üzvünü transfer etmək istəyənlər arasında "Atletiko" olsa da, forvard Madrid təmsilçisinə keçmək fikrində deyil. 29 yaşlı oyunçunun meneceri onun "Atletiko"ya yollanmayacağını açıqlayıb.

Qeyd edək ki, Lyakazett PSJ-nin də transfer gündəmindədir.