00:12 06-05-2020
news_image
288
FUTBOL

Yeni komandası ilə anlaşdı - Villian

"Çelsi"nin yarımmüdafiəçisi Villian yeni komandasının adını müəyyənləşdirib.

Apasport.az saytının məlumatına görə, Braziliya millisinin üzvü Londonda qalmaq qərarına gəlsə də, iş yerini dəyişəcək.

31 yaşlı hücumameyilli oyunçu "Tottenhem"lə ilkin razılığa gəlib. Onun bu keçidində ən böyük rolu "Tottenhem"in baş məşqçisi Joze Mourinyo oynayıb. Portuqaliyalı mütəxəssislə söhbətdən sonra Villian keçidə razı olub.

Qeyd edək ki, ulduz futbolçunun "Çelsi" ilə müqavilə müddəti mövsümün sonuna qədər olduğundan, onun keçidi havayı başa gələcək.