09:38 06-05-2020
news_image
101
FUTBOL

Ən sürətli futbolçular - Bundesliqada

Almaniya Bundesliqasının ən sürətli futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Dortmund “Borussiya”sında icarə əsasında çıxış edən Əşrəf Hakimi çempionatın ən sürətli oyunçusudur.

Müqavilə ilə “Real”a məxsus olan Mərakeş millisinin müdafiəçisi oyun zamanı saatda 36.49 km sürət yığmağa müvəffəq olub. İkinci yeri “Bayer”in yarımmüdafiəçisi Mussa Diabi tutur. İlk “10-luq”da “Bavariya”nı təmsil edən yeganə futbolçu Kinqsli Koman özünə 4-cü pillədə yer edib.

Sürətli oyunçular arasında transfer dəyəri ən yüksək olanlar da məhz Hakimi ilə Komandır. Onlar müvafiq olaraq 54 və 40 milyon avro dəyərindədirlər.