10:00 06-05-2020
news_image
101
FUTBOL

5 illik müqaviləni razılaşdırdı – “Bavariya” ilə

“Mançester Siti”nin vingeri Leroy Sane karyerasını ölkəsi Almaniyada davam etdirməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu “Bavariya” ilə anlaşıb.

Uzun müddətdir davam edən danışıqların yekununda 24 yaşlı oyunçu Münhen klubu ilə 5 illik müqaviləni razılaşdırıb. Bundesliqa təmsilçisi keçidin reallaşması üçün “Mançester Siti” rəhbərliyi ilə danışıqları intensivləşdirib. Almanlar Saneni maksimum 60 milyon avroya transfer edəcəyinə inanırlar.

Qeyd edək ki, “Mançester Siti”yə 2016-cı ildə “Şalke”dən keçən Leroy Sanenin klubla müqavilə müddəti gələn ilin yayına qədərdir.