10:36 06-05-2020
news_image
133
FUTBOL

“Real”a “qatil” lazımdır” – sabiq hücumçusu

İspaniyanın “Real” klubunun sabiq futbolçusu Uqo Sançes Madrid təmsilçisinə məsləhət verib.

Apasport.az saytının məlumatına görə, futbol veteranı sabiq komandasına çox sayda qol vuran forvard almasını zəruri hesab edir.

Sançes bildirib ki, “Real”a hücum xəttində “qatil” instinktinə malik hücumçu yer almalıdır: “Ronaldo belə oyunçu idi. O, uzun illər bu funksiyanı yerinə yetirdilər. İndi “Real”a başqa belə futbolçu tapmaq lazımdır. Benzema top səviyyəli oyunçudur. Amma o, “qatil” deyil. O, ikinci hücumçu mövqeyində yaxşı çıxış edir, amma mərkəz hücumçusu deyil. Kərim “qatil”lə yanaşı çox yaxşı oynayır. Əvvəllər Harri Keyn çox xoşuma gəlirdi. Amma zədələr üzündən onun inkişafı zəiflədi. Robert Levandovski də yaxşıdır. Lakin o, artıq gənc deyil. Kimisə tapmaq asan olmayacaq”.