12:45 06-05-2020
news_image
173
FUTBOL

Rahid Əmirquliyevdən “Keşlə” variantına cavab

“Keşlə”nin mənimlə maraqlandığını mətbuatdan oxumuşam”.

Bunu apasport.az saytına “Səbail”in kapitanı Rahid Əmirquliyev deyib.

“Keşlə”nin transfer gündəmində olan 31 yaşlı futbolçu bu barədə məlumatlı olduğunu deyib. Lakin milli komandamızın üzvü təklif almadığını bildirib: “Hələ ki, heç bir klubdan konkret təklif olmayıb. Bu üzdən deyə bilərəm ki, real heç nə yoxdur. Yalnız mövsüm bitdikdən sonra bu məsələlərə baxacağam”.

“Səbail”lə müqavilə müddəti yaya qədər olan Əmirquliyev yeni sazişlə bağlı rəhbərliklə heç bir görüşünün olmadığını da əlavə edib: “Klubla müqaviləm bitir. Açığı, gələn mövsümlə bağlı hələ fikirləşməmişəm. Hər şeydən öncə çempionat hələ bitməyib. Yaranmış vəziyyətə görə bu barədə düşünmək də tezdir”.

Təcrübəli futbolçu növbəti mövsüm avrokuboklarda iştirak etmək arzusunda olduğunu da gizlətməyib: “Əlbəttə ki, hər bir futbolçu avrokuboklarda çıxış etmək istəyir. Ancaq hələlik çempionatın taleyini gözləyirik. Mövsüm bitdikdən sonra gələcəklə bağlı düşünmək olar”.

Qeyd edək ki, Rahid Əmirquliyev “Səbail”ə 2018-ci ilin yayında “Qarabağ”dan keçib.