13:04 06-05-2020
news_image
151
FUTBOL

“Mançester Yunayted”in futbolçusu Çindən qərar gözləyir

İngiltərənin “Mançester Yunayted” klubunun futbolçusu Odion İqalo komandadan ayrıla bilər.

Apasport.az saytının məlumatına görə, hücumçunun karyerasını yenidən Çində davam etdirəcəyi gözlənilir.

İqalonun müqavilə ilə məxsus olduğu “Şanxay Şenxua” onu geri qaytarmaqda maraqlıdır. Mançester təmsilçisi ilə icarə müqaviləsi mayın 31-də başa çatacaq Odionla bağlı yekun qərarı da məhz asiyalılar verəcək.

Şanxaylıların qərarı daha çox Çin çempionatının taleyindən asılıdır. Əgər mövsümün koronavirus pandemiyası üzündən təxirə salınan startı növbəti dəfə təxirə düşməsə, Odion Asiyaya yollanacaq.

Qeyd edək ki, futbolçunun özü “Mançester Yunayted”ə transfer olunmasını istədiyini açıqlayıb.