13:15 06-05-2020
news_image
63
FUTBOL

Məşqlərə başladı - “Yuventus”

İtaliyanın “Yuventus” klubu koronavirus pandemiyası üzündən yaranan fasilədən sonra məşqləri bərpa edib.

Apasport.az saytının məlumatına görə, Turin təmsilçisi klubunun bazasında bir araya gəlib.

Hazırlıqlara komandanın bəzi oyunçuları qatılıb. Futbolçular fərdi qaydada, təhlükəsizliyə riayət etməklə məşqlərini gerçəkləşdirir.

Qeyd edək ki, İtaliya hökuməti mayın 3-dən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla məşqləri başlamağa icazə verib.