13:18 06-05-2020
news_image
126
FUTBOL

“Liverpul”a görə 2 təklifi rədd etdi - Verner

“Leypsiq”in hücumçusu Timo Verner İngiltərə klublarının transfer gündəmindədir.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu Premyer Liqanın 3 təmsilçisindən təklif alıb.

“Liverpul”dan sonra “Çelsi” və “Mançester Yunayted” də Almaniya millisinin üzvünə təklif göndərib. Lakin 24 yaşlı forvard hər iki təklifi rədd edib. Çünki o, karyerasını “Liverpul”da davam etdirmək niyyətindədir. Verner hətta “Bavariya”ya keçməkdənsə, Almaniyanı tərk etməyi üstün tutacağını açıqlayıb.

Qeyd edək ki, Timo Vernerin “Leypsiq”lə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.